İcmallar
İki diapazonlu simsiz ZYXEL Keenetic Air routeri
Keenetic Air ilk növbədə hər bir növ qoşulmanı (IPoE, PPPoE, PPTP, L2TP, 802.1X, VLAN 802.1Q, IPv4/IPv6) istifadə edən provayderlər vasitəsi ilə Ethernet-ın ayrılmış xəttindən sizin evinizin İnternetə etibarlı, tam funksional qoşulması üçün təyin edilib.
Simsiz şəbəkənin əhatə dairəsini və keyfiyyətini genişləndirmək üçün, iki diapazonlu Keenetic Air-ın hər diapazonda 5 dbi gücləndirici əmsalına malik olan iki antenası var. Wi-fi şəbəkəsinin optimal iş kanalı radio efirin vaxtaşarı skanı əsasında avtomatik seçilir.
Zavoddan olan Keenetic internet-mərkəzləri hər hansı bir sistemin təzədən yenilənməsi və köklənmənin atılması zamanı saxlanılan, dağılmaya dözümlü nadir açara malik olan, qabaqcadan quraşdırılmış Wi-Fi-ın maksimal WPA2-müdafiəsinə malikdirlər. Onu yadda saxlamaq (və məsələn, narahat televizor klaviaturalarından daxil etmək) lazım deyil, çünki WPS texnologiyasından (internet mərkəzində olan düyməyə basmaqla qoşulmadan) istifadə etmək daha rahatdır. WPS-ın bütün zəif opsiyaları söndürülüb, PİN-kodun daxil edilmə alqoritmi dağılmaya qarşı xüsusən mükəmməlləşdirilib.
Siz İnternetə çıxmaq üçün Wi-Fi-da ehtiyacı olan qonaqları tez-tez gəbul edirsiniz, lakin onların ev şəbəkənizin vəsaitlərinə giriş əldə etməyini istəmirsiniz? Düzdür, onlara şəbəkə toplayıcısı, müşahidə kameraları, printer və s. nə üçün lazımdır? Keenetic Air başqa ad və parol ilə ayrı Wi-Fi qonaq şəbəkəsini qoşmağa icazə verir. O, ev şəbəkəsindən ayrı olacaq və sahiblərə mane olmamaq üçün, giriş sürəti məhdudlaşdırılacaq. Əlavə rahatlıq üçün My.Keenetic mobil əlavəsindən qonaq şəbəkəsi ilə operativ idərəetmə mümkündür.
Keenetic Air-i, mövcud olan simsiz şəbəkənin işləmə zonasını Wi-Fi (repiter) və ya giriş nöqtənin güvvətləndiricisi rejimində genişləndirmək üçün, istifadə etmək olar. Adapter rejimi Ethernet portu olan Wi-Fi-sız cihazların simsiz şəbəkəyə qoşulmasına kömək edəcək.
5 dbi güvvətləndirici əmsalına malik olan, xüsusi konstruksiyalı böyük xarici antennaların köməyi ilə Keenetic Air daxili antennalı kompakt repiternən müqayisədə daha yaxşı siqnal keyfiyyətini və əhatəni təmin edir. Hər hansı bir rejimə keçilməsi üçün, Keenetic Air korpusda rahat dəyişdirici açara malikdir.
“Qüvvətləndirici” rejimi sizin Wi-Fi şəbəkənizin əhatə ərazisini, əlavə kabellər çəkdirmədən, genişləndirir. Keenetic Air əsas internet-mərkəzinin simsiz şəbəkə parametrlərini kopiya edir və buna görə sizin simsiz cihazlarınız onların arasında müstəqil, əlavə yenidən köklənməsiz, evin bu, və ya başqa nöqtəsindən aslı olaraq, dəyişəcəklər. Köklənmə üçün sadəcə əsas internet mərkəzinin və Keenetic Air-ın üzərində olan Wi-Fi düyməsini iki dəfə basmaq kifayətdir.
IP televiziyasına baxmaq üçün sadəcə internet-mərkəzinə bir, və ya bir neçə IPTV konsollarını əlavə kommutatorsuz və köklənməsiz qoşun. Bəzi ağıllı televizorlar analoji olaraq, DLNA vasitəsi ilə paralel ev mediatekasına giriş əldə edib, IPTV-ni birbaşa qəbul edə bilərlər. Xüsusi hallarda portu yalnız konsol üçün ayırmaq olar, və ya UDP-to-HTTP / UDP-proksi daxili proksi-serveri qoşmaq olar.
KeenDNS - uzaqdan idarəetmə üçün rahat servisdir. O, öz domen adından (məsələn, home.mykeenetic.net) istifadə edərək, İnternetdən bütün internet mərkəzinin daxili əlavələrə və ev şəbəkəsinin açıq servislərinə qoşulmağa icazə verəcək. Başqa oxşar servislərdən fərqli olaraq, o, tamamilə pulsuzdur və yalnız birbaşa yox, həm də Cloud vasitəsi ilə işləyə bilir. Bu halda, hətta əsl İP ünvanının yoxluğunda (məsələn, 3G modem vasitəsi ilə qoşulmada) interfeysə və daxili əlavələrə uzaqdan idarəetmə işləyəcək.
KeenDNS-dan başqa, Keenetic Air-ə, həmçinin, Dyn, No-IP, DNS-master və s. xidmətlərinin müştəriləri daxildir.